Tədbiri əvvəlcə Kitabxananın direktoru Ruzi Süleymanov açaraq qeyd edib ki, Ulu öndərin bizə qoyduğu ən böyük miras azad, güclü və sabit Azərbaycandır. Bu gün bu ölkədə böyüyən hər bir uşaq Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edir. Tədbirdə Naxçıvan Dövlət Universitetinin tarix filologiya fakültəsinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Nəzakət İsmayılova “Heydər Əliyev uşaqların ən böyük himayədarı idi” adlı çıxışında bildirib ki, Heydər Əliyev Azərbaycanın ümumilli lideri, böyük siyasi xadim və xalqının gələcəyinə dərindən bağlı bir şəxsiyyət kimi tarixə düşüb. Onun fəaliyyətinin əsas istiqamətlərindən biri də uşaqların rifahı, təhsili və xoşbəxt gələcəyi üçün yaratdığı imkanlar olub. Sonra Kitabxananın Kitabsaxlama şöbəsinin şöbə müdiri Nazlı İsayeva “Ulu öndərin işığında” mövzusunda çıxış edərək qeyd edib ki, Heydər Əliyev uşaqları yalnız bu günün deyil, sabahın da memarları hesab edirdi. Onun siyasətində uşaqlar hər zaman ön planda olmuş, onların xoşbəxtliyi və inkişafı üçün mühüm addımlar atılıb Tədbirin sonunda uşaqların səsləndirdiyi şüarlar dinlənilmiş, video slayt və sərgiyə baxış keçirilib.
- 20:31 08.05.2025
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
