“BookFest Naxçıvan Kitab Sərgisi 2025” də Aqşin Yeniseyin oxucularla görüşü və imza saatı keçiriləcək
Naxçıvan şəhərinin mərkəzində yerləşən “Saat Meydanı”nda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “BookFest Naxçıvan Kitab Sərgisi 2025” davam edir.
Festival çərçivəsində 10 may tarixində tanınmış yazıçı, şair və publisist Aqşin Yeniseyin oxucularla görüşü və imza saatı keçiriləcəkdir. Görüşdə “Sosial media çağında sənət və fəlsəfə” mövzusunda xüsusi müzakirə təşkil olunacaqdır. Müzakirənin moderatoru Naxçıvan Televiziyasının baş redaktoru Fariz Əhmədovdur.
Fikir mübadiləsi, sual-cavab və maraqlı yanaşmalarla yadda qalacaq bu tədbir ədəbiyyat, fəlsəfə və müasir cəmiyyət kontekstində dərin düşüncələrə yol açacaq.