Elxan Elatlı: Oxucu ilə ünsiyyət yazıçı üçün böyük ilham mənbəyidir
Bu dəfəki festivala Bakıdan 30-a yaxın qələm sahibi, yazıçı Naxçıvana gəlib. Mən də nəşriyyatların və yazıçıların iştirakı ilə keçirilən bu gözəl tədbirə qatıldım. Tədbirə TEAS Press Nəşriyyatı tərəfindən dəvət olunmuşam və böyük məmnuniyyətlə Naxçıvana dördüncü dəfə səfər etmişəm. Bu qədim diyardan yenə də razılıq hissi ilə ayrılıram. Burada rəhbərliyin diqqəti, xalqın qonaqpərvərliyi, xüsusilə də Naxçıvanlı oxucuların mənə göstərdiyi sevgi məni dərin təsirləndirdi.
Hazırda 32 kitabım TEAS Press Nəşriyyatının səlahiyyəti ilə çap olunur. Hələ bütün kitablar satışda olmasa da, oxucular artıq onlara maraq göstərməyə başlayıblar. Onlarla görüşlərimiz indidən başlayıb şəkil çəkdirirlər, kitablarını imzaladırlar, səmimi söhbətlər edirik. Sabah isə saat 10:00-dan 12:00-yə qədər rəsmi imza saatım olacaq.
Bu cür tədbirləri böyük həvəslə qarşılayıram. Arzu edirəm ki, belə görüşlər tez-tez təşkil olunsun. Mənəviyyatlı insanlar bir araya gəlir, yazıçı xalqla ünsiyyətdə olur, oxucularla dialoq qurur. Bu qarşılıqlı əlaqə hər iki tərəf üçün zənginləşdiricidir. Yazıçı bu görüşlərdən ilham alır, xalqın düşüncələrini, duyğularını hiss edir və bütün bunları öz yaradıcılığında əks etdirir.
Pnar Yusifli
Naxçıvan televiziyasının əməkdaşı