Aqşin Yenisey: Paytaxtdan uzaq düşən oxucu unudulmamalıdır

Aqşin Yenisey: Paytaxtdan uzaq düşən oxucu unudulmamalıdır

Naxçıvanda, eləcə də ölkəmizin digər bölgələrində kitab sərgilərinin keçirilməsi yeni fikirlərin bölgələrə ayaq açmasına şərait yaradır. Təəssüf ki, bu gün bölgələrdə kitab dükanlarının sayı çox azdır, bəzilərində isə, demək olar ki, ümumiyyətlə yoxdur. Bu da paytaxtdan uzaqda yaşayan, kitab mağazalarına çıxışı olmayan oxucuların yeni nəşrlərdən xəbərdar olmasına ciddi əngəl yaradır.

Bu sözləri NTV-yə müsahibə Azərbaycanın məşhur yazarı Aqşin Yenisey deyib. O bildirib ki, kitab sərgiləri bu maneəni müəyyən qədər aradan qaldırır. Naxçıvanda keçirilən bu kitab sərgisi də məhz bu məqsədə xidmət edir — həm Naxçıvanda, həm də onun rayonlarında yaşayan oxucular üçün yeni nəşrləri əlçatan edir.

Bu gün dünya bir “bilgi dünyasıdır”. İngilislər hələ XX əsrin əvvəlində deyirdilər: “Bilgi gücdür”. Bookfest kitab sərgisi də Naxçıvanın bilik gücünə güc qatan bir tədbirə çevrilib.

Arzu edirəm ki, bu cür sərgilər təkcə Naxçıvanda deyil, ölkəmizin digər bölgələrində də tez-tez təşkil olunsun. Kitab oxumaq istəyənlərin gözü yolda qalmasın.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM