Naxçıvan, həmişəki kimi, gözəllliyi və təmizliyi ilə göz oxşayır. Artıq altıncı dəfədir ki, bu torpaqdayam. Demək olar ki, Naxçıvanın bütün bölgələrini gəzmişəm.
NTV-yə müsahibəsində şəxsi inkişaf üzrə təlimçi, Orxan Şahbazov bildirib ki, Naxçıvanda çoxsaylı seminar və görüşlərdə iştirak etmişəm və həmişə aktivliyi hiss etmişəm. Ən əsası, dialoq şəklində ünsiyyət qurmağı sevirəm. Naxçıvanlılarda bu çox yaxşı alınır, ona görə də burada özümü çox rahat və xoşbəxt hiss edirəm.
İllər keçdikcə bu aktivlik daha da artır ki, bu da müsbət haldır. İnsanlar artıq öz fikirlərini daha gözəl ifadə edə bilirlər. Xüsusilə də gənclər bu baxımdan daha irəlidədirlər.
Yazdığım kitabın adı “Zidd”-dir. Bu, sosial-psixoloji mövzuya həsr olunmuş bir əsərdir. Kitabda insan həyatında baş verən ziddiyyətlərdən bəhs olunur. Duyğu, düşüncə və davranış bu ziddiyyətlərin əsas elementləridir. Hər biri birbaşa insanın zehni ilə əlaqəlidir. Eyni zamanda, insanın hadisələrə yanaşması ön plana çıxarılıb. Bu yanaşmalar dörd istiqamətdə təqdim olunur: fəlsəfi, elmi, dini və mifoloji.
İnsan həyatındakı ziddiyyətləri necə dərk edə və onları necə harmoniyaya çevirə bilər ki, nəticədə daha yaxşı və mənalı bir həyat yaşasın? Bu sualı çalışmışıq ki, kitabda açıb oxuculara təqdim edək. Ümid edirəm buna nail ola bilmişik
Qeyd edək ki, Orxan Şahbazov “BookFest Naxçıvan Kitab Sərgisi 2025” də iştirak edib. Təlimçi tədbir zamanı öz oxucu və dinləyiciləri ilə görüşüb, onların suallarını cavablandırıb. Görüşdən sonra imza saatı təşkil olunub
