satellite   Azerspace-1: 11135 H 30000

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb

Bu gün dünya şöhrətli MTP (Most Traveled People) beynəlxalq səyahətçilər klubunun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

NTV  xəbər verir ki, 15 ölkədən səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Çarlz Vili (Charles Veley) rəhbərlik edir.

Heyətin 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməsi planlaşdırır. Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, nəhəng quruculuq-bərpa işlərinin nümayişi üçün böyük imkan yaradır.

Qeyd edək ki, beynəlxalq səyahətçilər son 4 il ərzində dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə Qarabağ və Şərqi Zəngəzura 13 dəfə səfər ediblər.

 

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM