satellite   Azerspace-1: 11135 H 30000

Dünya səyyahları Ağdamda - FOTOLAR

Dünya səyyahları Ağdamda<font color=red> - FOTOLAR</font> Dünya səyyahları Ağdamda<font color=red> - FOTOLAR</font> Dünya səyyahları Ağdamda<font color=red> - FOTOLAR</font> Dünya səyyahları Ağdamda<font color=red> - FOTOLAR</font>

Dünyaşöhrətli MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun 30 nəfərlik heyəti Qarabağa və Şərqi Zəngəzura səfər çərçivəsində Ağdam şəhərinə gəlib. On beş ölkədən səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Charles Veley rəhbərlik edir.

NTV xəbər verir ki, xarici səyyahlar Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklər, eləcə də şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olacaqlar.

Qeyd edək ki, beynəlxalq səyyahların 3 gün ərzində Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl marşrutu üzrə hərəkət etməsi planlaşdırılır. Bu səfər işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılması, nəhəng bərpa-quruculuq işlərinin nümayişi üçün böyük imkan yaradır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM