satellite   Azerspace-1: 11135 H 30000

Möminə xatun türbəsinin bərpasına başlanılıb - FOTOLAR

Möminə xatun türbəsinin bərpasına başlanılıb<font color=red> - FOTOLAR</font> Möminə xatun türbəsinin bərpasına başlanılıb<font color=red> - FOTOLAR</font> Möminə xatun türbəsinin bərpasına başlanılıb<font color=red> - FOTOLAR</font> Möminə xatun türbəsinin bərpasına başlanılıb<font color=red> - FOTOLAR</font>

Möminə xatun türbəsinin bərpası istiqamətində işlərə başlanılıb.

NTV xəbər verir ki, Azərbaycan milli memarlığının möhtəşəm abidəsi və Şərq memarlığının incilərindən biri olan Möminə xatun türbəsinin bərpası istiqamətində işlərə başlanılıb.

Naxçıvan Muxtar Respublikasının (MR) Mədəniyyət Nazirliyi ilə “Atelier Erich Pummer GmbH” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, şirkətin işçi qrupu avqustun 5-də Naxçıvana gəlib.

Şirkət tərəfindən ilkin olaraq ərazidə müvafiq infrastruktrun qurulması işlərinə başlanılıb.Abidənin tarixiliyi qorunub saxlanılmaqla ilkin formaya uyğun bərpa ediləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev mayın 22-də “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM