satellite   Azerspace-1: 11135 H 30000

Avropa İttifaqı oktyabrın 12-dən turistlərlə bağlı yeni sistem tətbiq edir

Avropa İttifaqı oktyabrın 12-dən turistlərlə bağlı yeni sistem tətbiq edir

Avropaya səyahət edən turistlər 12 oktyabr 2025-ci il tarixindən etibarən sərhəd nəzarəti prosedurlarında əhəmiyyətli dəyişikliklərlə üzləşəcəklər.

NTV xarici mediaya istinadla xəbər verir ki, Avropa İttifaqı üzv olmayan ölkələrin vətəndaşları üçün pasportlardakı ənənəvi möhürləri rəqəmsal biometrik skanerlə əvəz edən yeni Giriş/Çıxış Sistemini (EES) istifadəyə verəcək.

Əcnəbilər biometrik məlumatları təqdim etməkdən imtina edə bilməyəcək, əks halda, ölkəyə giriş qadağan ediləcək. Toplanmış məlumatlar üç il saxlanılacaq, bundan sonra avtomatik olaraq silinəcək.

Sistem Kipr və İrlandiya istisna olmaqla Aİ-nin bütün üzv dövlətlərində, həmçinin İttifaqa daxil olmayan dörd Şengen ölkəsində - İslandiya, Lixtenşteyn, Norveç və İsveçrədə fəaliyyət göstərəcək.

Yeni sistem daha bir mühüm dəyişiklikdən - Avropa Səyahət Məlumatı və Avtorizasiya Sisteminin (ETIAS) tətbiqindən əvvəl işə salınır. Sonuncu yenilik 2026-cı ilin sonunda baş verəcək. Sistem Aİ üzvü olmayan ölkələrdən olan səyahətçilərdən Şengen zonasına getməzdən əvvəl 20 avro rüsum ödəməyi və əvvəlcədən icazə almağı tələb edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:15 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM