satellite   Azerspace-1: 11135 H 30000

“Xalçalarda memarlıq” sərgisi WUF13-ə həsr olunacaq

“Xalçalarda memarlıq” sərgisi WUF13-ə həsr olunacaq

Mayın 17-də Azərbaycan Milli Xalça Muzeyində Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) həsr olunmuş “Xalçalarda memarlıq” adlı sərgi açılacaq.

Muzeydən NTV-yə bildirilib ki, sərgidə muzeyin kolleksiyasına aid XIX-XXI əsrlərdə toxunmuş xalq yaradıcılığı nümunələri və müəllif xalçaları nümayiş etdiriləcək. Ekspozisiyada Azərbaycan xalça sənətində memarlıq motivlərinin bədii ifadəsi, eləcə də tarixi abidələrin ornamental yaddaşda yaşadılması öz əksini tapacaq.

Sərgidə Xalq rəssamları Lətif Kərimov, Eldar Mikayılzadə, Əməkdar rəssam Taryer Bəşirov, gənc xalçaçı-rəssam Afaq Abdullayeva və digər müəlliflərin əsərləri yer alacaq.

Tədbir çərçivəsində Xalq rəssamı Eldar Mikayılzadənin “Məlhəm” xalçası, həmçinin rəssam Cəmilə Həşimovanın “Yol” adlı konseptual layihəsi ictimaiyyətə ilk dəfə təqdim ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM