satellite   Azerspace-1: 11135 H 30000

76-cı Kann Film Festivalının münsiflər heyətinə isveçli rejissor sədrlik edəcək

76-cı Kann Film Festivalının münsiflər heyətinə isveçli rejissor sədrlik edəcək

Dünyanın ən böyük filmfestivalı olan 76-cı Kann Film Festivalı may ayının 16-dan başlayacaq və 27-dək davam edəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, münsiflər heyətinə ötən il festivalın 2-ci dəfə “Qızıl Palma” mükafatına layiq görülmüş isveçli rejissor Ruben Östlund sədrlik edəcək. Bu barədə festivalın təşkilatçıları məlumat verib. Qeyd edilib ki, 48 yaşlı isveçli rejissor mayın 16-dan 27-dək keçiriləcək festivalda Vinsent Lindonu əvəz edəcək.

İsveçli rejissor, amerikalı Frensis Ford Koppola və Franko-Serb Emir Kusturitsadan sonra münsiflər heyətinin iki “Qızıl Palma” mükafatı alan üçüncü prezidentidir.

Festivala Martin Scorsese, Leonardo Di Caprio, Robert de Niro, Harrison Ford, Maïwenn və Johnny Depp kimi böyük ulduzların qatılacağı da gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM