satellite   Azerspace-1: 11135 H 30000

Sabahkı möhtəşəm yubiley tədbiri NTV və Mədəniyyət kanalı ilə canlı yayımlanacaq - VİDEO

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə mayın 10-da Naxçıvanda mərkəzi stadionda möhtəşəm yubiley tədbiri keçiriləcək, dron, lazer şou və atəşfəşanlıq olacaq.

Möhtəşəm konsert proqramı 10 may, saat 21:00-da NTV-də və NTV vasitəsilə Mədəniyyət televiziyasında canlı yayımlanacaq.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə müsahibə verən "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" QSC-nin sədri Sahil Tahirli bildirib ki, Naxçıvan televiziyası canlı yayımın yüksək səviyyədə təşkilinə tam hazırdır.

Bütün tamaşaçıları NTV kollektivi olaraq bu möhtəşəm gecəni efirimizdən izləməyə dəvət edirik.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM