satellite   Azerspace-1: 11135 H 30000

Heydər Əliyev Muzeyinə “muxtar respublika” statusu verilib

Heydər Əliyev Muzeyinə “muxtar respublika” statusu verilib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, Ulu Öndərin zəngin və çoxşaxəli irsinin öyrənilib təbliğ edilməsindəki aktiv rolunu, zəngin fond eksponatlarını, müxtəlif səciyyəli elmi konfransların, seminarların, interaktiv dərslərin, görüşlərin təşkil edilib keçirildiyini və muxtar respublikanın həyatında müstəsna rolunu nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 10 may 2023-cü il tarixli Qərarı ilə Heydər Əliyev Muzeyinə “muxtar respublika” statusu verilib.

Qeyd edək ki, Heydər Əliyev Muzeyinə “muxtar respublika” statusunun verilməsinə görə muzey əməkdaşlarının aylıq vəzifə maaşlarına müəyyən məbləğdə əlavələr ödəniləcəkdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM