satellite   Azerspace-1: 11135 H 30000

Türk rejissorun filmi “Oskar”a namizəd göstərilib

Türk rejissorun filmi “Oskar”a namizəd göstərilib

Türkiyənin tanınmış kinorejissoru Nuri Bilge Ceylanın “Quru otlar üstünə” filmi Amerika Kinosənəti Akademiyasının 96-cı mükafatlarına namizədlər sırasında yer alıb.

Naxçıvan televiziyası Anadolu agentliyinə istinadla xəbər verir ki, kino sənayesində 15 peşəkar nümayəndənin təmsil olunduğu münsiflər heyəti bu ekran əsərinin “Ən yaxşı beynəlxalq film” nominasiyasında “Oskar”a namizəd göstərilməsinə qərar verib.

“Quru otlar üstünə” filmi Kann Beynəlxalq Kino Festivalında aktrisa Merve Dizdara “Ən yaxşı qadın aktrisa” mükafatını qazandırıb. Maraqlı süjeti olan bu ekran əsəri Şərqi Anadolunun ucqar kəndində çalışan rəsm müəlliminin başına gələn hadisələrdən bəhs edir. Sentyabrın 22-də Adanada filmin təqdimatı olacaq.

“Hollivud”da keçirilən tətilin nəticələrindən asılı olaraq, 96-cı “Oskar” mükafatlarının təqdimatı mərasiminin gələn il martın 10-da keçiriləcəyi ehtimal edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM