satellite   Azerspace-1: 11135 H 30000

Hərbi xidməti başa vuran sərhədçi əsgərlər ehtiyata buraxılıblar - FOTOLAR

Hərbi xidməti başa vuran sərhədçi əsgərlər ehtiyata buraxılıblar <font color=red> - FOTOLAR</font> Hərbi xidməti başa vuran sərhədçi əsgərlər ehtiyata buraxılıblar <font color=red> - FOTOLAR</font> Hərbi xidməti başa vuran sərhədçi əsgərlər ehtiyata buraxılıblar <font color=red> - FOTOLAR</font>

Dövlət Sərhəd Xidmətinin (DSX) struktur qurumlarında və hərbi hissələrində dövlət sərhədinin mühafizəsi və müdafiəsi tapşırıqlarının icrası zamanı fərqlənmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları Silahlı Qüvvələrin ehtiyatına buraxılıblar.

Xidmətin mətbuat mərkəzindən NTV-Yyə verilən məlumata görə, bununla bağlı keçirilən tədbirlərdə hərbi hissənin Döyüş bayrağı sıra meydanına gətirildikdən sonra Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlar zamanı sərhədçilərin Hərbi Anda sadiq qalaraq Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin DSX qarşısında qoyduğu tapşırıqları böyük məsuliyyətlə yerinə yetirdikləri, xidmət dövründə nizam-intizamlı olduqları və dövlət sərhədində xidmət aparmaqdan qürur duyduqları xüsusi vurğulanıb.

Hərbi qulluqçulara Vətənə şərəfli xidmətlərinə görə təşəkkür edilib, gələcəkdə onların cəmiyyətimizə layiqli vətəndaş olmaları arzulanıb.

Ehtiyata buraxılan hərbi qulluqçular xidmət dövründə qazandıqları müsbət vərdiş və keyfiyyətlərə görə minnətdarlıqlarını bildiriblər.

Tədbirlərin sonunda hərbi qulluqçular təntənəli şəkildə yola salınıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM