satellite   Azerspace-1: 11135 H 30000

Zəngilanda vətəndaşların işləri ASANdır

Zəngilanda vətəndaşların işləri ASANdır

NTV xəbər verir ki, Zəngilan rayonunun Ağalı kəndinin Dövlət Xidmətləri Mərkəzindəki “ASAN xidmət” köşkü vasitəsilə növbəti dəfə vətəndaşlara xidmət göstərilib.
 
Belə ki, “ASAN xidmət” əməkdaşları tərəfindən onlara müəyyən onlayn xidmətlər üzrə yerində, digər növ xidmətlər üzrə isə müraciətləri qəbul edilməklə Səyyar ASAN xidmət vasitəsilə xidmət göstərilib.

Bu çərçivədə ümumilikdə 35 nəfər vətəndaşa şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətləri ilə bağlı müvafiq xidmətlər təmin edilib. 

Xatırladaq ki, Zəngilan rayonunun Ağalı kəndində Dövlət Xidmətləri Mərkəzi 4 avqust 2022-ci il tarixində faəliyyətə başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM