Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti 2025-ci il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.
NTV xəbər verir ki, sorğuda iştirak haqqı 106 manatdır.
İddiaçılar təkliflərini fevralın 19-na qədər Xidmətin yerləşdiyi Zəngilan şəhərindəki ofisə təqdim edə bilərlər.
Təkliflərə fevralın 19-da, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.
Ötən il bu sorğunun qalibi "Grovv Audit and Consulting" MMC olub. Şirkətə 23 600 manat ödənilib.
