satellite   Azerspace-1: 11135 H 30000

Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub

Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub

Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşi mayın 15-də başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə Xankəndi şəhərinə səfər edib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən NTV-yə verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Xankəndi şəhərində aparılan genişmiqyaslı tikinti, bərpa və yenidənqurma işləri ilə yaxından tanış olub.

Qonaqlara şəhərdə həyata keçirilən infrastruktur layihələri, yaşayış məhəllələrinin yenilənməsi, sosial obyektlərin bərpası və şəhərin müasir inkişaf konsepsiyası əsasında görülən işlər barədə məlumat verilib.

Nümayəndə heyəti şəhərin görməli məkanlarından biri olan Zəfər parkını da ziyarət edib. Burada qonaqlara Azərbaycanın tarixi Qələbəsinin rəmzi olan parkın əhəmiyyəti barədə məlumat verilib.

Sonra nümayəndə heyəti Qarabağ Universiteti, orda yaradılan müasir tədris infrastrukturu, auditoriyalar, kitabxana, laboratoriyalarla tanış olublar.

Universitetin rektoru Şahin Bayramov ilə keçirilən görüş zamanı qonaqlar, ali təhsil müəssisəsinin fəaliyyəti, beynəlxalq əməkdaşlıq imkanları və regionda yüksək ixtisaslı kadr hazırlığı istiqamətində görülən işlər barədə məlumat alıblar.

Görüşdə Qarabağ bölgəsində həyata keçirilən bərpa və inkişaf proseslərinin təhsil sahəsinə verdiyi töhfələr xüsusi vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM