Firudin Süleymanov “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilib

Firudin Süleymanov “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov iyunun 29-da Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının sədri Firudin Süleymanovun “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini və 30-cu maddəsini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə Firudin Süleyman oğlu Süleymanov “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilsin".

Qeyd edək ki, Firudin Süleymanovun iyulun 1-də  90 yaşı tamam olacaq.

 

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM