satellite   Azerspace-1: 11135 H 30000

Bəxtiyar Məmmədov Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini vəzifəsindən azad edilib

Bəxtiyar Məmmədov Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini vəzifəsindən azad edilib

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun imzaladığı 24 sentyabr 2024-cü il tarixli sərəncama əsasən Bəxtiyar İbrahim oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini Məmmədov Bəxtiyar İbrahim oğlunun 1 sentyabr 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VII çağırış seçkilərində 41 saylı Ordubad şəhər seçki dairəsindən deputat seçilməsi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin müvafiq qərarı ilə təsdiqlənib. Bunu nəzərə alaraq o, tutduğu vəzifədən azad edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM