Naxçıvanda ictimai nəqliyyat sistemi üçün 60 ədəd elektrik mühərrikli avtobus alınacaq

Naxçıvanda ictimai nəqliyyat sistemi üçün 60 ədəd elektrik mühərrikli avtobus alınacaq

NUHÇIXAN xəbər verir ki, Prezident İlham Əliyev Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Naxçıvan şəhərinin ictimai nəqliyyat sistemində sərnişin daşımalarının yalnız elektrik mühərrikli avtobuslarla təşkili məqsədilə 60 ədəd elektrik mühərrikli avtobusun alınması və enerjidoldurma cihazlarının quraşdırılması, habelə həmin avtobuslara xidmət səviyyəsinin yüksəldilməsi üçün depo (qaraj) infrastrukturunun təkmilləşdirilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 93-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixli 268 nömrəli Fərmanının 1.12.4.4.12-ci abzasında nəzərdə tutulmuş vəsait hesabına nizamnamə kapitalının artırılması yolu ilə “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinə 33 milyon 449 min manat vəsait ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM