satellite   Azerspace-1: 11135 H 30000

Əli Əsədov sosial xidmət müəssisələrində göstərilən xidmətlərlə bağlı qərar imzalayıb

Əli Əsədov sosial xidmət müəssisələrində göstərilən xidmətlərlə bağlı qərar imzalayıb

Sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənib.

NTV xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarətin həyata keçirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Monitorinq qrupu yaradacaq və ictimai əsaslarla fəaliyyət göstərəcək.

Monitorinq qrupunun tərkibinə ƏƏSMN-nin, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və Bakı Şəhəri İcra Hakimiyyətinin nümayəndələri daxil ediləcək.

Monitorinq qrupunun tərkibinə qrup üzvlərinin təklifi ilə bələdiyyələrin və nizamnamələrinə əsasən sosial xidmət sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri, mütəxəssislər və ekspertlər daxil edilə bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM