satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyevdən qonşu ölkələrə çağırış: Məsuliyyətli olun, çalışın münasibətləri normallaşdırasınız

Prezident İlham Əliyevdən qonşu ölkələrə çağırış: Məsuliyyətli olun, çalışın münasibətləri normallaşdırasınız

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında çıxışı zamanı regionda baş verən münaqişədən (İran-ABŞ – red.) danışıb və qonşu ölkələrə səslənib.

NTV xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: “Mən buradan qonşularımıza səslənirəm ki, məsuliyyətli olun, buna tezliklə son qoyun və çalışın tezliklə münasibətləri normallaşdırasınız. Bu proses eskalasiyaya, qlobal münaqişəyə çevrilə bilməz. Bu, çox böyük bir təhlükədir”.

Prezident İlham Əliyev, həmçinin Pakistandan olan dostlarımızın vasitəçiliyi nəticəsində bu qarşıdurmaya son qoyulacağına ümidvarlığını ifadə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM