satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyev Slovakiya Prezidenti ilə görüşüb - YENİLƏNİB - FOTOLAR

Prezident İlham Əliyev Slovakiya Prezidenti ilə görüşüb<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Prezident İlham Əliyev Slovakiya Prezidenti ilə görüşüb<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə görüşüb.

Naxçıvan televiziyası xəbər verir ki, qonaq Azərbaycanın, o cümlədən Bakı şəhərinin inkişafını məmnunluqla qeyd etdi.

Görüşdə Azərbaycan ilə Slovakiya arasında iqtisadi-ticari əlaqələrin inkişaf etdiyi bildirildi, birgə sənaye müəssisələrinin yaradılması məsələsi, IT sahəsində əməkdaşlıq, Qarabağda quruculuq layihələrində Slovakiya şirkətlərinin iştirakı qeyd olundu. Azərbaycan ilə Slovakiya arasında nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensivliyi vurğulandı.

Prezident İlham Əliyev Qarabağda Slovakiya tərəfindən quruculuq layihəsinin həyata keçirildiyini məmnunluqla qeyd etdi.

Gələn ildən Azərbaycanda NATO əlaqələndirici səfirlik funksiyasını Slovakiya səfirliyinin həyata keçirəcəyi bildirildi.

Slovakiya Prezidenti dövlətimizin başçısını ölkəsinə səfərə dəvət etdi. Azərbaycan Prezidenti dəvəti məmnunluqla qəbul etdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM