satellite   Azerspace-1: 11135 H 30000

Aleksandr Turçin Zəfər parkını ziyarət edib - FOTOLAR

Aleksandr Turçin Zəfər parkını ziyarət edib<font color=red> - FOTOLAR</font> Aleksandr Turçin Zəfər parkını ziyarət edib<font color=red> - FOTOLAR</font> Aleksandr Turçin Zəfər parkını ziyarət edib<font color=red> - FOTOLAR</font> Aleksandr Turçin Zəfər parkını ziyarət edib<font color=red> - FOTOLAR</font>

Azərbaycanda rəsmi səfərdə olan Belarus Respublikasının Baş naziri Aleksandr Turçin mayın 6-da Bakıdakı Zəfər parkını ziyarət edib.

NTV xəbər verir ki, yüksək qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Belarusun Baş naziri parkdakı Zəfər abidəsinin önünə əklil qoydu.

Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verildi.

Qeyd olundu ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

Xatırladaq ki, 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə parkın açılışı olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM