satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb - YENİLƏNİB - FOTOLAR

Prezident İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb<font color='red'> - YENİLƏNİB </font><font color=red> - FOTOLAR</font> Prezident İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb<font color='red'> - YENİLƏNİB </font><font color=red> - FOTOLAR</font> Prezident İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb<font color='red'> - YENİLƏNİB </font><font color=red> - FOTOLAR</font> Prezident İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb<font color='red'> - YENİLƏNİB </font><font color=red> - FOTOLAR</font>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçlə görüşüb.

NTV xəbər verir ki, Aleksandar Vuçiç BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının əhəmiyyətini vurğulayaraq, bu tədbirin Bakıda keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirdi.

Söhbət zamanı Azərbaycan Prezidentinin bu ilin fevralında Serbiyaya rəsmi səfəri məmnunluqla xatırlandı, bu səfər zamanı müzakirə olunmuş məsələlərin həyata keçirilməsi istiqamətində addımların atıldığı vurğulandı.

Dövlət başçılarının səfərlərinin, həmçinin müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əməkdaşlığımızın genişləndirilməsi işində önəminə toxunuldu.

Siyasi əlaqələrimizin yüksək səviyyədə olduğu bildirilərək, iqtisadi, enerji, investisiyalar, birgə layihələrin icrası və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün yaxşı imkanların olduğu qeyd edildi.

Görüşdə xalqlarımızın yaxınlaşdırılması və turizm potensialımızın möhkəmləndirilməsi baxımından Serbiyanın “Airserbia” şirkətinin Belqrad-Bakı marşrutu üzrə birbaşa uçuşlar həyata keçirməsinin əhəmiyyətinə toxunuldu.

Dövlət başçıları qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM