satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyevin Münxendə Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub - FOTOLAR

Prezident İlham Əliyevin Münxendə Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub<font color=red> - FOTOLAR</font> Prezident İlham Əliyevin Münxendə Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub<font color=red> - FOTOLAR</font> Prezident İlham Əliyevin Münxendə Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub<font color=red> - FOTOLAR</font> Prezident İlham Əliyevin Münxendə Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub<font color=red> - FOTOLAR</font>

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqlar və Brüssel sülh prosesi ətrafında müzakirələr aparılıb.

Prezident İlham Əliyev Azərbaycanın Brüssel sülh prosesini dəstəklədiyini qeyd edib.

Şarl Mişel Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında, sülh müqaviləsi üzrə danışıqlarda, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunmasında səylərini bundan sonra da davam etdirəcəyini bildirib.

Söhbət zamanı, həmçinin Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM