satellite   Azerspace-1: 11135 H 30000

İnam Kərimov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM

İnam Kərimov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib<font color='red'> - SƏRƏNCAM</font>

Prezident İlham Əliyev aprelin 4-də İnam Kərimovun Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilsin.

2. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Sarvan Elxan oğlu Cəfərova həvalə edilsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM