satellite   Azerspace-1: 11135 H 30000

TƏBİB-in idarə olunması qaydası müəyyənləşib

TƏBİB-in idarə olunması qaydası müəyyənləşib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) idarə olunması qaydası müəyyənləşib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Prezident İlham Əliyevin TƏBİB-in nizamnaməsinin təsdiq edilməsi barədə imzaladığı fərmana əsasən, qurum öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edəcək.

TƏBİB-in idarəetmə orqanları Müşahidə Şurası və İcraçı direktordur.

Şura TƏBİB-ə ümumi rəhbərliyi və nəzarəti həyata keçirəcək. Şura sədr də daxil olmaqla 5 üzvdən ibarətdir. Şuranın tərkibinə Azərbaycan Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri, səhiyyə nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini, Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri daxildir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM