satellite   Azerspace-1: 11135 H 30000

Qubadlı şəhərində 600 şagird yerlik məktəb binası tikiləcək - FOTOLAR

Qubadlı şəhərində 600 şagird yerlik məktəb binası tikiləcək<font color=red> - FOTOLAR</font> Qubadlı şəhərində 600 şagird yerlik məktəb binası tikiləcək<font color=red> - FOTOLAR</font> Qubadlı şəhərində 600 şagird yerlik məktəb binası tikiləcək<font color=red> - FOTOLAR</font>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Qubadlı şəhərində 600 şagird yerlik tam orta məktəb binasının təməlinin qoyulması mərasimində iştirak edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, dövlətimizin başçısına məktəb binası ilə bağlı məlumat verilib.

Bildirilib ki, məktəb Qubadlı şəhəri, Dondarlı kəndi və ona bitişik açıq ərazidə inşa olunacaq. Təhsil ocağı və ona məxsus açıq ərazilər yaşayış sahələri ilə əhatə olunacaq. Məktəbin həyətyanı ərazisindəki idman qurğularından və oyun meydançalarından axşamlar və həftə sonları ictimaiyyət nümayəndələri də istifadə edə biləcəklər.

Qeyd edilib ki, məktəb binası modul tipli sinif otaqlarından istifadə olunmaqla layihələndirilib. Təbii işıqla işıqlandırılmış daxili məkanlar məktəbin enerji tələbatını minimuma endirəcək. Binanın strukturu uyğunlaşan sistemdir və şəhərin böyüməsi ilə bağlı şagird sayı artdıqca genişləndirilə bilər.

Dövlətimizin başçısı məktəb binasının təməlini qoyub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM