satellite   Azerspace-1: 11135 H 30000

Qubadlı rayonunda təməli qoyulan növbəti kənd - Mahruzlu - FOTOLAR

Qubadlı rayonunda təməli qoyulan növbəti kənd - Mahruzlu<font color=red> - FOTOLAR</font> Qubadlı rayonunda təməli qoyulan növbəti kənd - Mahruzlu<font color=red> - FOTOLAR</font> Qubadlı rayonunda təməli qoyulan növbəti kənd - Mahruzlu<font color=red> - FOTOLAR</font>

Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qubadlı rayonunun Mahruzlu kəndinin təməlinin qoyulması mərasimində iştirak edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, dövlətimizin başçısına kəndin layihəsi barədə məlumat verilib.

Qeyd olunub ki, kənd Qubadlı rayonunun mərkəzindən 19 kilometr məsafədə yerləşir. Kəndin layihələndirilən ümumi ərazisi 197 hektar təşkil edir. Gələcəkdə bu kənddə 2700-dən çox sakinin, başqa sözlə, 690 ailənin yaşaması planlaşdırılıb. Mahruzlu kənd inzibati ərazi dairəsində yerləşən Alaqurşaq və Muğanlı kəndləri də bu yaşayış məntəqəsinə daxil olmaqla layihələndirilib. Birinci fazada kənddə 145 evin tikilməsi və 649 nəfərin məskunlaşdırılması planlaşdırılır. Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi, çoxfunksiyalı bina, bazar kompleksi, idman sağlamlıq mərkəzi, sənətkarlıq emalatxanası, tibb məntəqəsi, mərasim zalı, çayxana da yaradılacaq.

Diqqətə çatdırıldı ki, kənddə əhalinin məşğulluğu üçün hər cür şərait təmin ediləcək.

Sonra kəndin inkişaf planı barədə videoçarx nümayiş olunub.

Prezident İlham Əliyev Mahruzlu kəndinin təməlini qoyub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM