satellite   Azerspace-1: 11135 H 30000

Cəbrayıl şəhərində 960 şagird yerlik məktəb binasının tikintisi sürətlə davam edir - FOTOLAR

Cəbrayıl şəhərində 960 şagird yerlik məktəb binasının tikintisi sürətlə davam edir<font color=red> - FOTOLAR</font> Cəbrayıl şəhərində 960 şagird yerlik məktəb binasının tikintisi sürətlə davam edir<font color=red> - FOTOLAR</font> Cəbrayıl şəhərində 960 şagird yerlik məktəb binasının tikintisi sürətlə davam edir<font color=red> - FOTOLAR</font>

Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində inşa edilən akademik Mehdi Mehdizadə adına tam orta məktəbin binasında aparılan tikinti işlərinin gedişi ilə tanış olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, dövlətimizin başçısına məktəb binasında görülən işlərlə bağlı məlumat verildi.

Bildirilib ki, 960 yerlik yeni məktəb binasının inşasına 2021-ci ilin oktyabrında başlanılıb. Burada şagirdlərin təhsili, təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq üçün hərtərəfli şərait yaradılacaq.

Məktəbin həyətində geniş idman meydançası yaradılacaq ki, bu da sağlam gənc nəslin yetişməsi üçün vacib amillərdəndir.

Bir sözlə, doğma torpaqlarına geri dönən cəbrayıllı şagirdlər 145 yaşlı orta ümumtəhsil müəssisəsinin ən müasir tələblərə cavab verən yeni binasında təhsil alacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM