satellite   Azerspace-1: 11135 H 30000

Hadrut qəsəbəsində inzibati mərkəzin təməli qoyulub - FOTOLAR

Hadrut qəsəbəsində inzibati mərkəzin təməli qoyulub<font color=red> - FOTOLAR</font> Hadrut qəsəbəsində inzibati mərkəzin təməli qoyulub<font color=red> - FOTOLAR</font>

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd rayonunun Hadrut qəsəbəsində inzibati mərkəzin təməlinin qoyulması mərasimində iştirak ediblər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma layihə barədə məlumat verilib.

Bildirilib ki, inzibati zonanın ümumi sahəsi 4,2 hektardır. Buraya inzibati bina, bələdiyyə binası, mədəniyyət mərkəzi və infrastruktur qurumlarının ofislərinin binaları daxildir.

Qəsəbənin inzibati ərazisinə bütün yol infrastrukturunun, kommunikasiya xətlərinin, o cümlədən işıq, rabitə və yüksəksürətli internetin çəkilməsi planlaşdırılır. Yol və kommunikasiya xətlərinin ümumi uzunluğu 1100 metr olacaq. Hadrut qəsəbəsinin inzibati ərazisinin tikintisinin 2024-cü ilin martında başa çatdırılması planlaşdırılır.

Prezident İlham Əliyev Hadrut qəsəbəsində inzibati mərkəzin təməlini qoyub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM