satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda UNICEF-in nümayəndələri ilə immunizasiya proqramları müzakirə olunub - FOTOLAR

Naxçıvanda UNICEF-in nümayəndələri ilə immunizasiya proqramları müzakirə olunub<font color=red> - FOTOLAR</font> Naxçıvanda UNICEF-in nümayəndələri ilə immunizasiya proqramları müzakirə olunub<font color=red> - FOTOLAR</font> Naxçıvanda UNICEF-in nümayəndələri ilə immunizasiya proqramları müzakirə olunub<font color=red> - FOTOLAR</font> Naxçıvanda UNICEF-in nümayəndələri ilə immunizasiya proqramları müzakirə olunub<font color=red> - FOTOLAR</font>

BMT-nin Uşaq Fondu UNICEF-in nümayəndələri Naxçıvan Muxtar Respublikasında (MR) səfərdədirlər.

Naxçıvan televiziyası xəbər verir ki, səfər çərçivəsində muxtar respublikanın səhiyyə naziri Samiq Sadıxov ilə UNICEF-in Azərbaycan nümayəndəliyinin Səhiyyə və Qidalanma Proqramının rəhbəri Töhfə Cəmilova və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva arasında görüş keçirilib.

Görüş zamanı tərəflər regionda immunizasiya proqramlarının mövcud vəziyyəti, əhalinin vaksinasiya ilə əhatə olunma səviyyəsi barədə fikir mübadiləsi aparıblar.

Eyni zamanda, görüş zamanı qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və immunizasiya ilə bağlı gələcək addımların müəyyənləşdirilməsi məqsədilə müzakirələr aparılıb.

Qeyd olunub ki, səfərin əsas məqsədi muxtar respublikada immunizasiya proqramının həyata keçirilmə səviyyəsinin qiymətləndirilməsidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşır

10:47 13.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM