satellite   Azerspace-1: 11135 H 30000

17 iyun – Tibb İşçilərinin Peşə Bayramı münasibətilə Naxçıvan Muxtar Respublikasında tədbir keçirilib - FOTOLAR

17 iyun – Tibb İşçilərinin Peşə Bayramı münasibətilə Naxçıvan Muxtar Respublikasında tədbir keçirilib<font color=red> - FOTOLAR</font> 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı münasibətilə Naxçıvan Muxtar Respublikasında tədbir keçirilib<font color=red> - FOTOLAR</font> 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı münasibətilə Naxçıvan Muxtar Respublikasında tədbir keçirilib<font color=red> - FOTOLAR</font> 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı münasibətilə Naxçıvan Muxtar Respublikasında tədbir keçirilib<font color=red> - FOTOLAR</font> 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı münasibətilə Naxçıvan Muxtar Respublikasında tədbir keçirilib<font color=red> - FOTOLAR</font> 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı münasibətilə Naxçıvan Muxtar Respublikasında tədbir keçirilib<font color=red> - FOTOLAR</font> 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı münasibətilə Naxçıvan Muxtar Respublikasında tədbir keçirilib<font color=red> - FOTOLAR</font> 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı münasibətilə Naxçıvan Muxtar Respublikasında tədbir keçirilib<font color=red> - FOTOLAR</font> 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı münasibətilə Naxçıvan Muxtar Respublikasında tədbir keçirilib<font color=red> - FOTOLAR</font>

NTV xəbər verir ki,  tədbirdən əvvəl Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov, nazirliyin əməkdaşları, tibb müəssisələrinin rəhbərləri və baş həkimlər ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər, onun xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra iştirakçılar Heydər Əliyev Muzeyinə baxış keçirib, ümummilli liderin zəngin irsi, dövlətçilik fəaliyyəti və Naxçıvanda həyata keçirdiyi mühüm islahatlarla bağlı eksponatlarla tanış olublar.

 

Tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov səhiyyə sahəsində son dövrlərdə həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər və gələcək hədəflər barədə ətraflı məlumat verib. Nazir tibb işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra muxtar respublikada uzun müddət səhiyyə sahəsində çalışan bir sıra həkimlər – Naxçıvan Muxtar Respublikası Qan Bankı və Qanköçürmə Mərkəzinin Qan Tədarükü şöbəsinin müdiri, həkim-transfuzioloq Məmmədəli Həsənov, Naxçıvan Sağlamlıq Mərkəzinin həkimi Ənvər Şıxəliyev və Ordubad Rayon Uşaq Xəstəxanasının həkim-pediatrı Rübabə Cabbarova çıxış edərək, Naxçıvan səhiyyəsinin inkişaf yolu, əldə olunan uğurlar və bu sahədə göstərilən dövlət qayğısı barədə fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində tibb işçilərinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Sonda səhiyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə bir qrup tibb işçisi Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi tərəfindən fəxri fərmanla təltif edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM