satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda ödənişsiz kardioloji müayinələr həyata keçirilib - FOTOLAR

Naxçıvanda ödənişsiz kardioloji müayinələr həyata keçirilib <font color=red> - FOTOLAR</font> Naxçıvanda ödənişsiz kardioloji müayinələr həyata keçirilib <font color=red> - FOTOLAR</font> Naxçıvanda ödənişsiz kardioloji müayinələr həyata keçirilib <font color=red> - FOTOLAR</font>

NTV xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və Nobel İlaç Şirkətinin birgə təşəbbüsü ilə Bakıdan dəvət olunmuş təcrübəli həkim-kardioloqlar – professor, tibb elmləri doktoru İsax Mustafayev və uzman həkim, invaziv kardioloq Samir Allahverdiyev tərəfindən Naxçıvan Sağlamlıq Mərkəzində ödənişsiz müayinələr həyata keçirilib.

Müraciət edən vətəndaşların ürək-damar sistemi ilə bağlı şikayətləri dinlənilib, ilkin müayinə və qiymətləndirmə həyata keçirilib. Həkimlər tərəfindən təzyiqin ölçülməsi, elektrokardioqramma, ümumi vəziyyətin dəyərləndirilməsi və fərdi məsləhətlər verilməsi ilə yanaşı, gələcək müalicə istiqamətləri də müəyyənləşdirilib.

Müayinələrin məqsədi vətəndaşların sağlamlığına vaxtında nəzarət etmək, mümkün risklərin qarşısını almaq və ürək-damar xəstəliklərinin erkən mərhələdə aşkar olunmasına şərait yaratmaqdır.

Qeyd edək ki, müayinələr 2 gün ərzində icra edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM