satellite   Azerspace-1: 11135 H 30000

Xocavənddə təcili tibbi yardım bölməsi istifadəyə verilib - FOTOLAR

Xocavənddə təcili tibbi yardım bölməsi istifadəyə verilib<font color=red> - FOTOLAR</font> Xocavənddə təcili tibbi yardım bölməsi istifadəyə verilib<font color=red> - FOTOLAR</font>

Beyləqan rayonunda fəaliyyət göstərən Xocavənd təcili tibbi yardım bölməsi artıq Xocavənd rayonunda xidmət göstərməyə başlayıb.

Bu barədə NTV-yə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, bölmə 24/7 rejimində fəaliyyət göstərir. Xidmətin operativliyinin təmin edilməsi məqsədilə bölmə 3 təcili tibbi yardım avtomobili ilə təchiz olunub. Bölmədə tibb və qeyri-tibb işçisi olmaqla 22 nəfər əməkdaş çalışır.

TƏBİB tərəfindən həyata keçirilən bu tədbirlər təcili tibbi yardım xidmətlərinin əlçatanlığının və operativliyinin artırılması, tibbi xidmətlərin vətəndaşlara daha çevik və səmərəli şəkildə göstərilməsi, eləcə də xidmət keyfiyyətinin davamlı olaraq yüksəldilməsi məqsədinə xidmət edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM