satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda uşaqlar arasında tibbi müayinələr aparılır

Naxçıvanda uşaqlar arasında tibbi müayinələr aparılır

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, muxtar respublikada uşaq əhalisinin kütləvi dövri tibbi müayinələrdən keçirilməsinə start verilib.

Bu məqsədlə Şərur Rayon Uşaq Xəstəxanasının pediatr, cərrah-travmatoloq, otolarinqoloq, nevropatoloq, oftalmoloq, stomatoloq və ginekoloq ixtisaslı həkimləri  tərəfindən Şərur şəhərindəki 2 nömrəli tam orta məktəbin şagirdləri arasında müayinələr aparılıb. 1060 şagirdin iştirak etdiyi müayinələr zamanı hər hansı xəstəlik aşkar olunan şagirdlər dispanser qeydiyyata götürülərək daha dərindən müayinə və müalicə olunmaları üçün Şərur Rayon Uşaq Xəstəxanasına yönləndirilib.

Qeyd edək ki, qrafikə uyğun olaraq mayın 20-dək mərhələli şəkildə rayonun kənd məktəblərində də müayinələr davam etdiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM