satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda QİÇS-lə Mübarizə Mərkəzi yaradılıb

Naxçıvanda QİÇS-lə Mübarizə Mərkəzi yaradılıb

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında səhiyyə xidmətləri sahəsində keyfiyyətin artırılması, idarəetmənin təkmilləşdirilməsi, operativliyin və əlçatanlığın təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində yeni tibb müəssisəsi yaradılıb.

Yeni yaradılan tibb müəssisəsi Naxçıvan Muxtar Respublikasının QİÇS-lə Mübarizə Mərkəzidir.

Qurum Naxçıvanda QİÇS-lə mübarizə sahəsində, QİÇS-lə müalicənin əlçatanlığını və fasiləsiz təmin edilməsini nəzərə alaraq İİV-ə yoluxma hallarının azalması istiqamətində işlər aparacaq.

ELəcə də mərkəz QİÇS-ə yoluxmuş şəxslərin müalicəsini düzgün həyata keçirmək, İİV-lə yaşayan insanlara qarşı ayrıseçkilik hallarının qarşısının alınması üçün hər cür şəraitin yaradılması, QİÇS-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və digər dəstəyin göstərilməsi məqsədilə yaradılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:15 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM