satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin yüksəkixtisaslı həkimləri Naxçıvanda ödənişsiz tibbi aksiya keçiriblər - FOTOLAR

Türkiyənin yüksəkixtisaslı həkimləri Naxçıvanda ödənişsiz tibbi aksiya keçiriblər<font color=red> - FOTOLAR</font> Türkiyənin yüksəkixtisaslı həkimləri Naxçıvanda ödənişsiz tibbi aksiya keçiriblər<font color=red> - FOTOLAR</font> Türkiyənin yüksəkixtisaslı həkimləri Naxçıvanda ödənişsiz tibbi aksiya keçiriblər<font color=red> - FOTOLAR</font> Türkiyənin yüksəkixtisaslı həkimləri Naxçıvanda ödənişsiz tibbi aksiya keçiriblər<font color=red> - FOTOLAR</font> Türkiyənin yüksəkixtisaslı həkimləri Naxçıvanda ödənişsiz tibbi aksiya keçiriblər<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası xəbər verir ki, Türkiyənin “Medikal Park” Xəstəxanalar Qrupunun yüksəkixtisaslı həkimləri Naxçıvan Diaqnostika Müalicə Mərkəzində ödənişsiz tibbi aksiya keçirib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin dəvəti ilə Naxçıvana gələn Türkiyənin “Medikal Park” Xəstəxanalar Qrupunun yüksəkixtisaslı həkimləri əvvəlcə səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrinin müvəqqəti icraçısı Samiq Sadıxovla  görüşüblər.

Türkiyəli həkimlər qardaş ölkənin Naxçıvan Muxtar Respublikasında olduqlarından məmnunluqlarını bildirib və əlaqələri daha da genişləndirəcəklərini, Naxçıvan sakinlərinin sağlamlıqlarına daha yaxından xidmət edəcəklərini bildiriblər.

Sonra türkiyəli həkimlər müxtəlif istiqamətlər üzrə müayinə və  müalicəyə başlayıblar.

Aksiyada uşaq neonatoloqu, orqan nəqli cərrahı, uroloq, neyrocərrah, travmatoloq, ortoped və uşaq ortopedik cərrahından ibarət 6 yüksəkixtisaslı həkim heyəti iştirak edib. Gün ərzində müayinə üçün 300 nəfərə yaxın sakin qeydiyyata alınıb.

Qeyd edək ki, tibbi aksiyanın qarşıdakı aylarda da davam etdirilməsi nəzərdə tutulur.

Hafizə Əliyeva

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM