satellite   Azerspace-1: 11135 H 30000

XİN: Ermənistanın yerləşdirdiyi minaların təhlükəsi həmişə olduğu kimi aktualdır

XİN: Ermənistanın yerləşdirdiyi minaların təhlükəsi həmişə olduğu kimi aktualdır

Ermənistan tərəfindən yerləşdirilmiş minaların təhlükəsi həmişə olduğu kimi aktualdır.

Naxçıvan televiziyası xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində paylaşım edilib.

“Tərəfdaşların Ermənistanı bu təhlükəni aradan qaldırmağa məcbur etməməsi daha çox insan itkilərinə və xəsarətlərə səbəb olur.

Bu gün partlayış nəticəsində bir mülki şəxs ağır yaralanıb, ayağı amputasiya edilib”, - paylaşımda qeyd edilir.

Bildirilir ki, 2020-ci ilin noyabr ayından bu günədək 343 nəfər mina partlayışının qurbanı olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM