satellite   Azerspace-1: 11135 H 30000

İƏT rəsmisi: "Azərbaycanda yüksək texnologiyalardan istifadə şəffaf seçkilər keçirmək niyyətini göstərir"

İƏT rəsmisi: "Azərbaycanda yüksək texnologiyalardan istifadə şəffaf seçkilər keçirmək niyyətini göstərir"

Azərbaycanda yüksək texnologiyalardan istifadə şəffaf seçkilər keçirmək niyyətini açıq göstərir.

Naxçıvan televiziyası xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Yousef Aldobeay Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşdə deyib.

Dəvətə görə minnətdarlığını bildirən Y.Aldobeay qeyd edib ki, Azərbaycan təşkilatın çox fəal üzvdür: “İƏT-in Nizamnaməsində qeyd olunub ki, üzv ölkələr demokratiyanı tam dəstəkləyir. 57 ölkə İƏT-in üzvüdür və onlardan 35-də seçkilər keçirilir. Biz onlardan dəvət alırıq. Biz ölkələrin suverenliyinə və daxili işlərinə qarışmamağı əsas götürürük. Sizdən xahişim olacaq ki, seçkilər uğurla başa çatdıqdan sonra Azərbaycanın təcrübəsini bizimlə bölüşəsiniz. Sizin yüksək texnologiyalardan istifadə etməyiniz şəffaf seçkilər keçirmək niyyətinizi açıq göstərir”.

Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM