satellite   Azerspace-1: 11135 H 30000

Mətbuat Şurasında prezident seçkiləri ilə bağlı “qaynar xətt” fəaliyyət göstərəcək

Mətbuat Şurasında prezident seçkiləri ilə bağlı “qaynar xətt” fəaliyyət göstərəcək

Mətbuat Şurasında fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə bağlı “qaynar xətt” fəaliyyət göstərəcək.

Bu barədə Naxçıvan televiziyası-a Şuradan məlumat verilib.

Bildirilib ki, Şuranın (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri səsvermə başlayan andan bitənədək bu rejimdə fəaliyyət göstərəcək. Jurnalistlər bu nömrələrlə əlaqə saxlayaraq prosesin işıqlandırılması zamanı mümkün anlaşılmazlıqlar və problemlər barədə məlumat vermək imkanı əldə edəcəklər.

Bundan başqa Mətbuat Şurasının İdarə Heyətinin jurnalist və müşahidəçi kimi qeydiyyatdan keçmiş üzvləri paytaxtdakı və bölgələrdəki dairə və məntəqə seçki komissiyalarında jurnalistlərin peşə fəaliyyətlərini gerçəkləşdirmələri üçün yaradılmış vəziyyəti müşahidə edəcəklər.

Qeyd edək ki, Mətbuat Şurası jurnalistlərin prezident seçkilərinin işıqlandırılması ilə bağlı sərbəst fəaliyyətlərinə dəstək məqsədilə müvafiq instansiyalarla əlaqəli şəkildə işləyəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM