satellite   Azerspace-1: 11135 H 30000

MEDİA və Audiovizual Şura ilə Mərakeşin media orqanlarının nümayəndələri arasında görüş olub - FOTOLAR

MEDİA və Audiovizual Şura ilə Mərakeşin media orqanlarının nümayəndələri arasında görüş olub<font color=red> - FOTOLAR</font> MEDİA və Audiovizual Şura ilə Mərakeşin media orqanlarının nümayəndələri arasında görüş olub<font color=red> - FOTOLAR</font> MEDİA və Audiovizual Şura ilə Mərakeşin media orqanlarının nümayəndələri arasında görüş olub<font color=red> - FOTOLAR</font> MEDİA və Audiovizual Şura ilə Mərakeşin media orqanlarının nümayəndələri arasında görüş olub<font color=red> - FOTOLAR</font>

Fevralın 6-da Medianın İnkişafı Agentliyinin və Azərbaycan Respublikası Audiovizual Şurasının nümayəndələrinin ölkəmizdə səfərdə olan Mərakeşin nüfuzlu media orqanlarının nümayəndələri ilə görüşü keçirilib.

Naxçıvan televiziyası xəbər verir ki, görüşdə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli Fərmanından irəli gələrək ölkəmizdə media sahəsində həyata keçirilən islahatların mahiyyəti, “Media haqqında” Qanunun məqsədləri, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının, məsuliyyətinin və cəmiyyətin media savadlılığının artırılması istiqamətində görülən çoxşaxəli və kompleks tədbirlər haqqında geniş məlumat verib.

Əhməd İsmayılov ikitərəfli əməkdaşlığın genişləndirilməsi və fəal informasiya mübadiləsinin aparılması baxımından qarşılıqlı səfərlərin təşkilinin vacibliyini vurğulayıb.

Audiovizual Şuranın sədri İsmət Səttarov Azərbaycanda fəaliyyət göstərən audiovizual media subyektləri haqqında, televiziyada reklamın yayımlanması, reytinq ölçülməsi sisteminin fəaliyyəti barədə məlumatları qonaqların diqqətinə çatdırıb.

Mərakeşli jurnalistlər görüşün təşkilinə görə təşəkkürlərini bildirib, səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması, media sahəsində effektiv təcrübələrin paylaşılmasının zəruriliyi məsələlərinə toxunublar.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər mövzularla bağlı fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM