satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri İsveçrədə görüşə bilər

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri İsveçrədə görüşə bilər

Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ilə Ermənistan parlamentinin rəhbəri Alen Simonyan martın 23-27-də İsveçrədə görüşə bilər.

Naxçıvan televiziyası “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamenti sədrinin ofisindən uyğun sorğuya cavab olaraq bildirilib.

Məlumata görə, konkret təkliflər hələ daxil olmayıb, görüşün belə formatı müzakirə edilə bilər.

Bir müddət əvvəl Beynəlxalq Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq Sahibə Qafarova ilə Alen Simonyanın danışıqlarına qurumun ev sahibliyi edəcəyinin planlaşdırıldığını bildirmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM