satellite   Azerspace-1: 11135 H 30000

Korotçenko: “Azərbaycan demokratiyanın nümunəvi standartlarını nümayiş etdirir”

Korotçenko: “Azərbaycan demokratiyanın nümunəvi standartlarını nümayiş etdirir”

Azərbaycan vətəndaşları növbədənkənar prezident seçkilərində yüksək fəallıq nümayiş etdirirlər.

Naxçıvan televiziyası xəbər verir ki, bunu səsvermə prosesini müşahidə edən Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib.

“Şübhə yoxdur ki, Azərbaycan xalqının fevralın 7-də edəcəyi seçim elə demokratiya standartlarını nümayiş etdirəcək ki, Azərbaycanı tənqid edən dövlətlər bundan çox şey öyrənəcəklər”, - o vurğulayıb.

Politoloq qeyd edib ki, son nəticədə səslərin əksəriyyətini qazanan namizəd Azərbaycanı irəli aparacaq.

İ.Korotçenko vurğulayıb ki, ümumilikdə Azərbaycan cəmiyyəti baş verən siyasi hadisələrin məntiqini və cərəyan edən prosesləri başa düşür: “Seçici fəallığının digər amili Azərbaycanda ilk dəfə olaraq növbədənkənar prezident seçkilərinin ölkənin ərazi bütövlüyünün, suverenliyinin bərpa olunduğu şəraitdə və bütün regionlarda keçirilməsidir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM