satellite   Azerspace-1: 11135 H 30000

Seçkilərin müstəqil Azərbaycanın bütün ərazilərində keçirilməsi Ukrayna mətbuatında xüsusi vurğulanıb

Seçkilərin müstəqil Azərbaycanın bütün ərazilərində keçirilməsi Ukrayna mətbuatında xüsusi vurğulanıb

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri Ukrayna mətbuatının diqqət mərkəzindədir.

Naxçıvan televiziyası xəbər verir ki, “Ukrinform”, UNIAN informasiya agentliklərində Azərbaycanda keçirilən seçkilərlə bağlı səsvermənin başladığı qeyd olunur.

Məlumatlarda seçkilərin ilk dəfə olaraq müstəqil Azərbaycanın bütün ərazilərində keçirilməsi xüsusi vurğulanıb. Həmçinin bildirilib ki, seçkilərdə 7 namizəd mübarizə aparır. Ölkədə 6319-u daimi, 218-i müvəqqəti olmaqla, ümumilikdə 6537 seçki məntəqəsi yaradılıb. Azərbaycan ərazisində səsvermə yerli vaxtla saat 19:00-da başa çatacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM