satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda növbədənkənar prezident seçkiləri başa çatıb

Naxçıvanda növbədənkənar prezident seçkiləri başa çatıb

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə əlaqədar Naxçıvan Muxtar Respublikasındakı dairə və seçki məntəqələrində səsvermələr atıq başa çatıb.

Naxçıvan televiziyası xəbər verir ki, səhər saat 8:00-da başlayan səsvermə saat 19:00-da yekunlaşıb. Bülletenlər sayılıb protokollaşdırıldıqdan sonra aidiyyəti seçki dairələrinə göndəriləcək. 

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM