satellite   Azerspace-1: 11135 H 30000

Sergey Lebedev: Seçki prosesi Azərbaycan qanunvericiliyinin tələblərinə tam uyğun şəkildə aparılıb

Sergey Lebedev: Seçki prosesi Azərbaycan qanunvericiliyinin tələblərinə tam uyğun şəkildə aparılıb

Fevralın 8-də Müstəqil Dövlətlər Birliyinin (MDB) 13 nəfərdən ibarət müşahidə missiyası Növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.

Naxçıvan televiziyası xəbər verir ki, qurumun rəsmisi, Müstəqil Dövlətlər Birliyi nümayəndə heyətinin rəhbəri, qurumun Baş katibi Sergey Lebedev Azərbaycana prezident seçkilərinin yüksək səviyyədə təşkili üçün minnətdarlığını bildirib.

Seçki prosesi ilə bağlı fikirlərini bölüşən S.Lebedev seçkilərin yüksək seçici fəallığı ilə müşayiət edildiyini vurğulayıb, təşkilatçılığın beynəlxalq standartlara uyğun şəkildə olmasından məmnunluğunu ifadə edib. Seçicilərdə yüksək ruh yüksəkliyinin olduğunu deyən Baş katib onların müxtəlif təbəqələrdən olduqlarını diqqətə çatdırıb.

“Seçkilər çox yüksək səviyyədə, ədalətli və şəffaf keçdi. Proses Azərbaycan qanunvericiliyinin tələblərinə tam uyğun şəkildə aparılıb”, - deyə Sergey Lebedev vurğulayıb.

Qeyd edək ki, prezident seçkilərinin ilkin yekun nəticələrinə görə, İlham Əliyev seçicilərin 92,05 faizinin səsini qazanaraq qalib olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM