satellite   Azerspace-1: 11135 H 30000

Sergey Markov: Bütün beynəlxalq təşkilatlar seçkilərin ədalətli və azad keçdiyini etiraf etməli olacaqlar

Sergey Markov: Bütün beynəlxalq təşkilatlar seçkilərin ədalətli və azad keçdiyini etiraf etməli olacaqlar

Biz burada “Vətəndaş dialoqu” qrupunu təmsil edirik. Bizim qrupun yaradılmasının məqsədlərindən biri seçkiləri müşahidə etməkdir. Biz 20 nəfərdən ibarət heyətlə dörd qrupa bölünməklə 30 seçki məntəqəsində müşahidələr aparmışıq.

Naxçıvan televiziyası xəbər verir ki, bu sözləri Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

S. Markov seçkilərin ölkə Konstitusiyasına və beynəlxalq qanunların tələblərinə uyğun şəkildə keçirildiyini qeyd edib.

“Müşahidələrimiz əsasında deyə bilərəm ki, seçki məntəqələrinin qarşısında uzun növbə var idi. Seçkilərdə seçicilərin yüksək səviyyədə iştirak edəcəklərini əvvəlcədən proqnozlaşdırmışdıq. İlk dəfədir müasir Azərbaycanın tarixində seçkilər bütün ölkə ərazisini əhatə etmişdi. Bütün beynəlxalq təşkilatlar seçkilərin ədalətli və azad keçdiyini etiraf etməli olacaqlar”, - deyə Markov vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM